Söhbət üzərində qədim yunan ilahəsi Nikanın təsviri olan 5 zlotı nominalında gümüş sikkədən gedir. Hazırda bu sikkə İkinci Polşa Respublikasının ən nadir və populyar sikkələrindən biri hesab olunur.
HİT.az xəbər verir ki, bu barədə “Rp” yazır.
Qeyd edilir ki, bəzi nümunələrin dəyəri on minlərlə dollara çata bilər. Məsələn, 2025-ci ildə 1928-ci ildə buraxılmış belə sikkələrdən biri hərracda 45 min dollara satılıb.
Nika təsvirli 5 zlotı nominalında sikkə 1928-1932-ci illərdə zərb edilib. Sikkənin arxa tərəfində sağa doğru addımlayan yunan qələbə ilahəsi təsvir olunub və onun yanında “Rzeczpospolita Polska” yazısı yerləşdirilib.
Digər tərəfində isə taclı Polşa qartalı, buraxılış ili və “5 zlotych” nominalı göstərilib. Sikkənin kənarında latınca “Salus rei publicae suprema lex” – “Respublikanın rifahı ən ali qanundur” ifadəsi həkk olunub.
Lakin bu gün orijinal sikkəni tapmaq asan deyil. Tirajın əhəmiyyətli hissəsi əridilib. Buna səbəb müəyyən dövrdə sikkələrin tərkibindəki gümüşün dəyərinin onların nominal dəyərini üstələməsi olub.
Məhz buna görə qorunub saxlanılan nümunələr kolleksiyaçılar üçün böyük maraq doğurur.
Belə bir sikkənin qiyməti bir neçə amildən asılıdır: buraxılış ili, çeşidin nadirliyi və hər şeydən əvvəl, sikkənin vəziyyəti.
Aşkar aşınma izləri, zədələri və təmizlənmə cəhdləri olmayan nümunələr daha çox qiymətləndirilir. Bununla yanaşı, bəzi nadir çeşidlər adi sikkələrdən xeyli baha ola bilər.
Məsələn, 1928-ci ilin gümüş “Nika”sı yüksək relyefə və kənarında xarakterik xırda dişlərə malik son dərəcə nadir sikkə olub. Həmin nümunə demək olar ki, ideal vəziyyətdə idi.
İki il əvvəl buna bənzər başqa bir nümunə də böyük marağa səbəb olub. O, 30 min dollara satılıb.
Samir


