Aİ 2025-ci ildə Rusiya vətəndaşlarına rekord sayda viza verib

DÜNYA
17:00 / 06.05.2026
43

Avropa İttifaqı ölkələri 2025-ci ildə Rusiya vətəndaşlarına 620 mindən çox viza verərək 2022-ci ildən bəri ən yüksək göstəricini qeydə alıb.

HİT.az xəbər verir ki, bu barədə "Euractiv" nəşri məlumat yayıb.

Məlumata görə, verilən vizaların sayı 2024-cü illə müqayisədə 10,2% artıb. Qeyd olunur ki, 2022-ci ildə Aİ ölkələri Rusiya vətəndaşlarına 610 min viza verib, 2023-cü ildə bu göstərici 462 minə qədər azalıb, 2025-ci ildə isə yenidən artaraq 574 minə çatıb.

Nəşr vizaların sayındakı bu dəyişkənliyin səbəblərini açıqlamır.

Eyni zamanda, 2025-ci ilin noyabrında Avropa Komissiyası Rusiya vətəndaşlarına yeni çoxgirişli Şengen vizalarının verilməsini qadağan etdiyini elan edib. Yeni qaydalara əsasən, Rusiya vətəndaşları Avropa İttifaqına hər səfər etmək istədikdə ayrıca viza üçün müraciət etməlidirlər.

Qərarın müəllifləri hesab edir ki, bu tədbirlər müraciət edən şəxslərin daha ciddi yoxlanılmasına imkan verəcək və Aİ ölkələri üçün potensial təhlükəsizlik risklərini azaltmağa kömək edəcək.

Samir

0