ABŞ senatoru: Tramp yeni müharibələrə başlamayacağına söz verdi, amma əksini etdi

DÜNYA
20:56 / 11.05.2026
48

ABŞ Demokrat Partiyasından senator Mark Kelli prezident Donald Trampın seçki dövründə verdiyi “yeni müharibələrə başlamayacağı” vədinə əməl etmədiyini bildirib. 

HİT.az xəbər verir ki, bu barədə o, CBS News efirində çıxış edərkən danışıb.

Senatorun sözlərinə görə, hazırkı administrasiyanın siyasəti nəticəsində ABŞ vətəndaşları üçün xərclər artıb:

“Bu prezident yeni müharibələrə başlamayacağını demişdi. Xərcləri azaldacağını vəd etmişdi. Amma əksini etdi. İranla müharibə və nəticədə bütün xərclərin artması”.

O, həmçinin ABŞ-ın Tayvan ətrafında mümkün münaqişəyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib ki, bu, münaqişənin müddətindən asılıdır.

Onun sözlərinə görə, qısa müddətli – günlər və ya həftələrlə davam edən münaqişələr üçün ABŞ daha yaxşı hazırdır. Lakin münaqişə aylar və ya illərlə uzanarsa, sursat ehtiyatlarının bərpası illər çəkə bilər və bu, Vaşinqtonu daha zəif vəziyyətə sala bilər.

Məqalədə qeyd olunur ki, Tramp daha əvvəl İranla bağlı razılaşma ehtimalından danışsa da, sonradan Tehran tərəfindən irəli sürülən təklifləri “qəbuledilməz” adlandırıb. İran tərəfi isə ABŞ prezidentinin bəyanatlarının danışıqlara təsir etmədiyini bildirib.

Eyni zamanda, Tramp daha əvvəl İranla “yaxşı danışıqlar” aparıldığını və nüvə proqramı üzrə razılaşma ehtimalının real olduğunu da vurğulamışdı.

Samir
 

0