Tramp: ABŞ İrana qayıdacaq və əməliyyatı tamamlayacaq

DÜNYA
16:53 / 15.05.2026
34

ABŞ İrandakı əməliyyatı tamamlayacaq və sonra geri qayıdacaq. 

HİT.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə təyyarədə olarkən bildirib. 

“Biz işi təxminən 70-75% tamamlamışıq. Biz hər şeyi sona qədər bitirməmişik. Biz geri qayıdacağıq və hər şeyi tamamlayacağıq”, deyə Ağ Evin rəhbəri vurğulayıb.

Mayın 15-də Tramp bildirib ki, əgər İran zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-a təhvil verməsə, amerikalılar onu özləri götürməyə gələcəklər.

Həmin gün İranın xarici işlər naziri Abbas Əraqçi Tehran və Vaşinqton arasında qeyri-sabit atəşkəsin qüvvədə qaldığını bildirib. Onun sözlərinə görə, bu, diplomatik həllə imkan vermək üçün vacibdir.

Samir
 

0