NATO Avropanın şərq cinahına daha çox qüvvə yerləşdirəcək

DÜNYA
18:00 / 02.06.2026
42

Şimali Atlantika Alyansı Rumıniyada yaşayış binasının üzərinə dron düşməsi ilə bağlı insidentdən sonra Avropanın şərq cinahına daha çox hərbi qüvvə göndərməyi planlaşdırır.

HİT.az xəbər verir ki, NATO Hərbi Komitəsinin rəhbəri admiral Cavuzzo Kavo Draqone bildirib.

"Biz artıq şərq cinahının gücləndirilməsi istiqamətində addımlar atırıq. Bəli, biz bunu təşkil edirik", deyə Draqone Al Arabiya televiziya kanalına müsahibəsində bildirib.

O, NATO-nun üzv ölkələrin ərazilərinin “hər qarışını” qorumağa sadiq qalması və Rumıniyadakı hadisə kimi insidentlərə qarşı əlavə tədbirlər planlaşdırılması ilə bağlı sualı cavablandırıb.

Admiral həmçinin bildirib ki, NATO Baltik dənizindən Qara dənizə qədər olan geniş ərazini əhatə edəcək yeni mexanizmin yaradılmasını planlaşdırır. Lakin o, hansı konkret qüvvələrin cəlb olunacağını və sistemin detalları barədə məlumat verməyib. Draqone alyansın ən yaxşı müdafiə vasitələrini araşdırdığını və tətbiq etdiyini əlavə etsə də, konkret mexanizmləri açıqlamayıb.

29 may gecəsi Rumıniyanın Qalaç şəhərində dron yaşayış binasının damına düşüb, nəticədə iki nəfər xəsarət alıb. Rumıniya hakimiyyəti hadisədə Rusiyanı günahlandırıb. Rəsmi açıqlamalara görə, dron Ukraynaya zərbə endirmək məqsədilə uçuş həyata keçirib. Buxarest Moskva ilə bağlı diplomatik tədbirlər görəcəyini bildirib. Rusiya Müdafiə Nazirliyi isə hadisəyə münasibət bildirməyib, Rusiya Dövlət Dumasında isə “Gazeta.ru”ya açıqlamada dəlillərin olmadığı və dronun Rusiya mənşəli olmasına dair şübhələr ifadə olunub.

Almaniya kansleri Fridrix Merts də bildirib ki, Rumıniya ərazisində yaşayış binasına dronun düşməsi NATO-nun şərq cinahında hərbi mövcudluğun gücləndirilməsinin vacibliyini göstərir.

Samir
 

0