KİV: Ukraynanın yeni baş nazirini siyasi böhranı həll etməli olacaq

DÜNYA
16:32 / 17.07.2026
50

Ukrayna Prezidenti Volodimir Zelenskinin Nazirlər Kabinetinin tərkibini dəyişmək qərarı ölkədə siyasi böhrana səbəb olub.

HİT.az xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti yazır.

Nəşrin müəllifləri hökumətdə aparılan kadr dəyişikliklərini dövlət başçısının əsl məqsədini gizlətməyə yönəlmiş uğursuz siyasi gediş kimi qiymətləndiriblər. Qəzetin iddiasına görə, Zelenskinin əsas məqsədi müdafiə naziri vəzifəsini tutan Mixaylo Fedorovdan xilas olmaq olub:

"Nəşrdə deyilir ki, yeni baş nazir qarşısında gözlənilmədən baş vermiş bu dəyişikliklərin yaratdığı siyasi böhranı aradan qaldırmaq vəzifəsi dayanır".

İyulun 16-da Ukrayna Ali Radası "Naftoqaz"ın rəhbəri Sergey Koretskini baş nazir vəzifəsinə təsdiqləyib. Məqalədə onun ölkədən qaçmış korrupsiya işi üzrə adı hallanan Timur Mindiçlə əlaqələrinin olduğu iddiaları da yer alır.

Hökumətdə digər kadr dəyişiklikləri də həyata keçirilib və bu qərarlar cəmiyyətdə narazılıq doğurub. Məqalədə bildirilir ki, xüsusilə Mixaylo Fedorovun müdafiə naziri vəzifəsindən uzaqlaşdırılması bir sıra şəhərlərdə etiraz aksiyalarına səbəb olub.

Bundan əlavə, nəşrin məlumatına görə, bəzi Qərb KİV-ləri də Volodimir Zelenskinin qərarlarını tənqid edərək onları uzaqgörən olmayan addımlar kimi qiymətləndiriblər.

Samir
 

0