Flaminqoların bir ayaq üstündə dayanmasının əsas səbəbi bədən istiliyini qorumaqdır. Alimlər müəyyən ediblər ki, bu qeyri-adi davranış quşların soyuq suda istilik itkisini azaltmasına kömək edir.
HİT.az xəbər verir ki, "Discover Wildlife" nəşrinin məlumatına görə, əsirlikdə saxlanılan Karib flaminqoları üzərində aparılan tədqiqat göstərib ki, bir ayaq üstündə dayanmaq enerji itkisinin qarşısını almaq üçün effektiv üsuldur. Tədqiqatçılar hesab edirlər ki, bu davranış digər su quşları, o cümlədən müxtəlif sahil quşları üçün də xarakterik ola bilər.
Soyuq su bədəndən istiliyi sürətlə apardığı üçün flaminqo bir ayağını sudan çıxarıb lələklərinin arasına çəkir. Beləliklə, yalnız bir ayaq su ilə təmasda qalır və istilik itkisi azalır.
Araşdırma zamanı alimlər bu davranışın digər mümkün səbəblərini də yoxlayıblar. Onlar bir ayaq üstündə dayanmağın:
* ayaqların yorğunluğunu azaltdığını;
* daha tez havaya qalxmağa kömək etdiyini;
* tarazlığı yaxşılaşdırdığını təsdiqləyən sübut tapa bilməyiblər.
Bu nəticələr fərdi şəkildə işarələnmiş flaminqoların uzunmüddətli müşahidəsi əsasında əldə olunub.
Bundan əvvəl alimlər quş nəğmələrinin sirrini də araşdıraraq minlərlə quş növünün oxumasının səkkiz əsas səs elementinin müxtəlif kombinasiyalarından ibarət olduğunu müəyyən etmişdilər. Ornitoloqlar həmçinin leyləklərin insanların yaşadığı ərazilərə daha tez-tez gəlməsinin əsas səbəblərindən birinin urbanizasiya və quşların insanlara alışması olduğunu bildirirlər.
Samir


