ABŞ hakimiyyəti “Citibank”dan Belarusun aktivlərini dondurmaqdan imtina etməyi və həmin vəsaiti ölkəyə qaytarmağı xahiş edib.
HİT.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koul Minskdə keçirilən danışıqlar zamanı məlumat verib.
“Mən sizin tələblərinizi tam dəstəkləyirəm. Əslində, siz tamamilə haqlısınız. Bu pul dondurulmalı deyil, açılmalı və geri qaytarılmalıdır”, Koul Belarus prezidenti Aleksandr Lukaşenkoya bildirib.
O əlavə edib ki, hazırda Vaşinqtonda bunun necə həyata keçiriləcəyinə dair “mexanizm hazırlanır”. Bankdan “konkret cavab” alınan kimi Belarus tərəfinə məlumat veriləcək.
Ötən həftə Aleksandr Lukaşenko “Citibank”da Belarusa məxsus bir neçə on milyon dolların saxlanıldığını açıqlayıb.
“Borcunuzu qaytarın. Bizim 43-44 milyon dollarımız “Citibank”da ilişib qalıb. Bizimlə əməkdaşlıq edən şirkət həmin vəsaiti ödəyib”, deyə Lukaşenko bildirib.
O əlavə edib: “Bu, ABŞ üçün biabırçılıqdır. Daha sonra sizinlə daha ciddi məsələlər barədə danışıqlar aparacağıq”.
Samir


