Yaxın Şərqdəki münaqişə fonunda ABŞ neft şirkətlərinin rəhbərlərinin xəbərdarlıq etdiyi qlobal yanacaq böhranı artıq başlayıb.
HİT.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) bu qənaətə gəlib.
“Neft şirkətlərinin rəhbərləri böyük yanacaq böhranının artıq başladığını bildirirlər”, - məqalədə deyilir.
Nəşrin yazdığına görə, bütün dünyada kommersiya yanacaq ehtiyatları artıq yarım ildən çoxdur tükənir, neftin strateji ehtiyatlarından istifadə imkanları isə demək olar ki, tükənib. Enerji sektorunun təcrübəli ekspertləri Yaxın Şərqdəki münaqişənin başa çatacağına dair perspektivlərin olmaması səbəbindən vəziyyətin nəzarətdən çıxa biləcəyi barədə xəbərdarlıq ediblər.
WSJ-nin məlumatına görə, ABŞ-da dizel yanacağının qiyməti bir ay ərzində təxminən 14 faiz, bir il ərzində isə 60 faizdən çox artıb.
“CNN” telekanalının məlumatına görə, ABŞ prezidenti yanacaq qiymətlərinin artımının qarşısını almaq üçün bir sıra tədbirlər görməyə çalışıb. O, Ağ Evdə neft emalı şirkətlərinin rəhbərləri ilə xüsusi görüş keçirib və Venesuela ilə geniş rezonans doğuran neft sazişinin bağlandığını elan edib.
Lakin “CNN”in sorğu keçirdiyi ekspertlər bildiriblər ki, ABŞ-dakı neft emalı zavodları artıq imkanlarının son həddində fəaliyyət göstərir. Venesuelanın isə 2035-ci ilə qədər neft tədarükünü əhəmiyyətli dərəcədə artırmasının çətin olduğu vurğulanıb.
ABŞ vitse-prezidenti Cey Di Vens daha əvvəl benzinin qiymətlərinin müharibədən əvvəlki səviyyəyə nə vaxt qayıdacağını açıqlamaqdan imtina edib.
Samir


