Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinat olub.
HİT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı AMB sədri Taleh Kazımov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elvin Cuvarov AMB-nin Rəqəmsal dələduzluğun qarşısının alınması və monitorinq bölməsinin rəhbəri vəzifəsinə təyin olunub.
O, bundan əvvəl Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışıb.


