İngiltərədə iki xəzinə axtarışçısının tapdığı XIV əsrə aid möhürlü nadir qızıl üzüyü hərracda satmaq mümkün olmayıb. Üzüyün dəyəri 29 min avrodan çox qiymətləndirilib, tapıntını aşkar edən şəxslər isə təxminən 35 min avro əldə etməyə ümid ediblər.
HİT.az xəbər verir ki, bu barədə "Antena 3" yazıb.
Qızıl üzük 2024-cü ildə 1 aprel tarixində Suffolkda şumlanmış sahədə iki dost tərəfindən tapılıb. Ehtimallara görə, zinət əşyası Olster qrafinyası olmuş Matilda Lankasterə məxsus ola bilər.
Üzük digər zinət əşyaları, saatlar, süfrə gümüşləri və sənət əsərləri ilə birlikdə “Nunanс Meyfer” mağazasının hərracına çıxarılıb. Lakin qiymətli tapıntını satmaq mümkün olmayıb.
Üzük haqqında nə məlumdur?
Qızıl zinət əşyasının üzərində “GRIFFVnMATILIELEMATILIOVR” yazısı həkk olunub. Bu yazı “qrifon, Matilda, ana tərəfdən qrafinya” kimi tərcümə edilə bilər. Məhz bu yazı üzüyün Matilda Lankasterlə əlaqəli ola biləcəyini göstərən əsas məqamlardan biridir.
Məlumdur ki, 1347–1348-ci illərdə Matilda Vikem-Market yaxınlığında yaşayıb. Bu kənd üzüyün tapıldığı ərazidən təxminən 32 kilometr məsafədə yerləşir.
İki dost qızıl üzüyün hərracda 29 min avrodan baha qiymətə satılacağına ümid edirdi. Onlar hətta təxminən 35 min avro əldə edə biləcəklərini düşünürdülər.
Aaron Pitsi bildirib ki, tapıntı qiymətli əşyalarla bağlı hüquqi prosedurdan keçməli olduğuna görə uzun müddət hərraca çıxarılmayıb. Onun sözlərinə görə, üzüyün sonda satılmaması “təəssüf doğuran” haldır.
Samir


