Azərbaycan neftinin yeni qiyməti

İQTİSADİYYAT
09:12 / 31.05.2022
869

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

HİT.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,89 ABŞ dolları və ya 0,7% artaraq, 126,8 dollar təşkil edib.

Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 119 dollardan satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

0