ABŞ ordusu üçün klonlaşdırılmış və genetikası dəyişdirilmiş itlər hazırlanacaq

DÜNYA
20:20 / 23.10.2026
62

ABŞ-da hərbi məqsədlər üçün xidməti itlərin klonlaşdırılması və onların genlərinin dəyişdirilməsi planlaşdırılır. Layihənin məqsədi döyüş meydanında vəziyyəti daha yaxşı qiymətləndirə bilən, fiziki imkanları və iş qabiliyyəti artırılmış heyvanlar yetişdirməkdir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Layihə ABŞ-ın “Anduril” şirkətinin həmtəsisçisi Palmer Lakki və proqram təminatı sahəsində fəaliyyət göstərən sahibkar Ben Lammın iştirak etdiyi Texas ştatında yerləşən “Warhound” startapı tərəfindən həyata keçiriləcək. Şirkət genetik xüsusiyyətləri təkmilləşdirilmiş xidməti itlər yetişdirməklə yanaşı, onları müasir texnologiyalarla təchiz etməyi də nəzərdə tutur.

Lammın sözlərinə görə, layihə çərçivəsində ən yaxşı xidməti itlərin biobankının yaradılması və onların klonlaşdırılması planlaşdırılır. O, genlərin redaktəsi vasitəsilə heyvanların ömrünü uzatmağın və iş qabiliyyətini artırmağın mümkünlüyünü də araşdırmaq istədiklərini bildirib. Sahibkar hesab edir ki, bu cür imkanlar itlərdən istifadə edən hərbçilər, polislər və yanğınsöndürənlər üçün də faydalı ola bilər.

Nəşrin məlumatına əsasən, yeni investisiyaların da daxil olduğu maliyyələşdirmə mərhələsində “Warhound” startapının dəyəri 1,2 milyard dollar qiymətləndirilib.

Samir
 

0