Bu marşrutda gediş haqqı ucuzlaşdı

İQTİSADİYYAT
12:35 / 01.06.2022
1372

2 iyun tarixindən 132 nömrəli müntəzəm marşrut xətti (Əhmədli m/s - Hövsan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən HİT.az-a verilən məlumata görə, 132 nömrəli müntəzəm marşrut üzrə gediş haqqı 35 qəpik müəyyən edilib. Bundan öncə marşrut üzrə gediş haqqı 40 qəpik idi.

Qeyd edək ki, hazırda Bakı şəhərində ümumilikdə 83 müntəzəm marşrut xəttində gediş haqqının ödənişi “BakıKart” vasitəsilə nağdsız formada həyata keçirilir.

0