Azərbaycanda siqaret bahalaşır? - RƏSMİ AÇIQLAMA

15:32 / 01.06.2022
1073

Son günlər sosial şəbəkələrdə siqaretin bahalaşması ilə bağlı iddialar yer alıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, bazarda qiymət manipulyasiyası kimi hallar baş verərsə, qanunamüvafiq tədbirlər görüləcək:

"Liberal bazar iqtisadiyyatı şəraitində tütün məmulatlarının qiyməti rəqabət prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Bazarda qiymət manipulyasiyası ilə əlaqədar konkret faktlar olduğu təqdirdə istehlakçılar və sahibkarlar 195-1 çağrı mərkəzi, elektron poçt ([email protected]) və rəsmi internet səhifəsi (//competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər. Bazarda antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar olunduğu təqdirdə qanunamüvafiq tədbirlər görüləcək".//metbuat.az

0