EKONOMİKS
09:58 / 23.06.2022
125

Beyləqanda 15 nəfər pambıq yığımı zamanı zəhərlənib, araşdırma aparılır

Beyləqan rayonunda 15 nəfər pambıq yığımı zamanı zəhərlənib.

Zəhərlənən şəxslər dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

TƏBİB-dən bildirilib ki, onların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.

0