Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 30 % artıb

İQTİSADİYYAT
23:42 / 29.03.2023
570

Bu ilin yanvar-fevral aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 30,1 % artaraq 148,3 milyon manat olub.

Məlumata görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 126,1 milyon manat olmuşdur ki, bu da, ümumi dövriyyənin 85 %-ini təşkil edib.

Xatırladaq ki, ümumilikdə ölkədə ictimai iaşə dövriyyəsi real ifadədə 22 % artaraq 255,5 milyon manat olub.

0