Yeni kənd təsərrüfatı naziri kimdir? - DOSYE/FOTO

İQTİSADİYYAT
11:45 / 14.04.2023
1067
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Məcnun Qadir oğlu Məmmədov kənd təsərrüfatı naziri təyin edilib.
 
Qaynarinfo xəbər verir ki, Məcnun Məmmədov bu vəzifəyə təyin edilənə qədər "PASHA Holding” MMC-nin bağçılıq və innovativ ting biznesləri olan "Grand-Agro” MMC-nin direktoru olub.
 
Məcnun Məmmədov həmçinin "Agro Food Investment” MMC-nin direktoru vəzifəsində çalışıb.
 
Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb. 
2