Cəlilabadda 25 qəpik, Bakıda 1 manat - Kimdir günahkar?

12:51 / 30.05.2023
1068

“Cəlilabadda kilosu 25 qəpiyə satılan kartof Bakı bazarlarında 90 qəpik - 1 manata təklif olunur”.

Bunu HİT.az-a açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib.

Ekspert bildirib ki, bu gün Bakıda əhalinin ucuz qiymətə kartof ala bilməməsinin səbəbi sahəyə məsul olan Kənd Təsərrüfatı Nazirliyidir:

“Nazirlik məsuliyyəti öz üzərindən atır və deyir ki, qiyməti bazar müəyyən edir. Nazirlik fermerlərin yetişdirdiyi bütün məhsulları bazara çıxarılmasını təşkil etməlidir. Əgər bazara çıxarılması mümkin deyilsə, uzun müddətə soyuducu anbarlarda saxlanmasını təmin etməlidir. Bu günə kimi dövlət hesabına çoxlu sayda soyuducu anbarlar inşa edilib”.

Ekspertin fikirincə, əgər kəndlilin yetişdirdiyi məhsul satılmırsa, onun əlində qalırsa, həmin şəxslər gələcəkdə istehsalatdan uzaqlaşacaq:

“Əgər kəndliyə ona sərf etməyən qiymət təklif olunursa, onda hanı dövlətin qiymət siyasəti? Bizdə belə hallar baş verir, məhsul kəndlinin əlində qalır, sata bilmir, xarab olur və bu da növbəti ildə məhsul istehsalının azalmasına gətirib çıxardır”.

Azra

1