"Prof Clinic" 8 min manat cərimələnə bilər - SƏBƏB

İQTİSADİYYAT
17:20 / 06.06.2023
359

Bakının Nəsimi rayonunda yerləşən "Prof Clinic" klinikası qanunvericiliyi pozduğu üçün cərimələnib.

HİT.az-ın məlumatına görə, şirkət barəsində tərtib olunan protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Şirkət rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsini pozmaqda təqsirli bilinir. Belə ki, sertifikasiyadan keçməyən şəxslərin aptekdə əczaçılıq fəaliyyətinə icazə verilib.

İddia təmin olunarsa, "Prof Clinic" Məhdud Məsuliyətli Cəmiyəti 8 min manatadək cərimə cəzası gözləyir.

Aydın

0