“Azərsığorta” və DSMF-ə qarşı dələduzluq edən şəxsin məhkəmə qarşısında

21:17 / 09.06.2023
349

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) və Dövlət Sosial Müdafiə Fonduna (DSMF) qarşı dələduzluqla ittiham olunan şəxsin məhkəməsi başlayır.

Hit.az xəbər verir ki, iş Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun icraatındadır.

Təqsirləndirilən şəxs Mehtiyev Vüsal Tofiq oğludur. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq – təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddədə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Bu cinayət işinin təfərrüatları barədə açıq mənbələrdə məlumat yoxdur.

Anar

0