Erməni evlərini alan azərbaycanlılar kimlərdir?

12:30 / 10.06.2023
773

Erməni ekspert Armine Adibekyanın azərbaycanlılar və türklərin Ermənistandan ev alması ilə bağlı açıqlamaları ciddi müzakirələrə səbəb olub. O, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmasının da mümkün ola biləcəyini və bunun Ermənistanın sonunu gətirəcəyini deyib.

Mövzunu Globalinfo.az-a şərh edən beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, hazırda bu mövzu gündəmdədir:

“Bölgədə azərbaycanlıların ev alması ciddi iddiadır, amma belə bir məsələ var. Söhbət Azərbaycan Respublikasının vətəndaşlarından getmir. İranın mərkəzi küçə və prospektlərində ən lüks yerlərin sahibləri demək olar ki, Güney Azərbaycan türkləridir.

Qərbi azərbaycanlıların vətəndaşlıq, mülkiyyət hüquqları kimi məsələlər sülh müqaviləsində öz əksini tapmalıdır ki, onların qayıdış prosesində orada ev ala bilsinlər.

Ekspertin bu çıxışının məqsədi erməni əhalini qorxutmaqdır. Lakin onların bu tip informasiyaları yayması əks-effekt verir, istədikləri reaksiyanı formalaşdırmır. Azərbaycanlıların o torpaqlarda məskunlaşması prosesində İranda yaşayan soydaşlarımız da aktiv rol oynayacaqlar. Ona görə də hər dəfə bu kimi iddiaları gündəmə gətirərək erməni əhalini ayıq saxlamaq çabaları tamamilə əks-effekt yaradır. Onları öz məqsədlərindən uzaqlaşdırır, ermənilərin köçünə səbəb olur”.

0