Əcnəbi tələbələrin sayı artır - Səbəb nədir?

İQTİSADİYYAT
18:04 / 16.01.2024
215

2023-cü ildə Azərbaycanda 9 900-dək əcnəbi tələbə təhsil alıb. Elm və Təhsil Nazirliyinin məlumatına əsasən xəbər verir ki, əcnəbi tələbələr 110 ölkənin vətəndaşıdır.

Müqayisə göstərir ki, 2023-cü ildə təhsil alan əcnəbi tələbələrin sayı xeyli artıb. 2022-ci ildə ölkəmizdə 8900 əcnəbi tələbə, 2015-2016-cı tədris ilində isə 4 326 əcnəbi tələbə təhsil alırdı.

Buradan göründüyü kimi, əcnəbi tələbələrin sayı son bir ildə  2015-2016-cı illərə nisbətən 2,28 dəfə artıb. Hazırda ən çox əcnəbi tələbə Türkiyə, İran, Gürcüstan, Pakistan və Rusiya vətəndaşlığını daşıyan şəxslərdir.

Qeyd edək ki, ötən illərlə müqayisədə Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı kəskin artıb.

Təshil eksperti Kamran Əsədov Hit.az-a şərhində bildirib ki, Azərbaycana oxumağa gələnlər arasında rus, İran vətəndaşları üstünlük təşkil edir. Qardaş Türkiyədən gələnlərin sayında ciddi artım var:

"Bunun birinci səbəbi "Study in Azerbaijan" layihəsidir. Azərbaycanda hər il xarici ölkə universitetlərinin sərgiləri həyata keçirilir. Həmçinin, ölkədən kənarda bu istiqamətdə ciddi işlər görülür. Azərbaycan universitetlərinin xaricdə sərgilərinin keçirilməsi, alimlərimizin beynəlxalq indeksli jurnallarda məqalələrinin çıxması ölkəmizdəki ali təhsil müəssisələrinə marağı kifayət qədər artırıb. Xarici tələbələrin sayının artması ölkə iqtisadiyyatına çox müsbət təsir göstərir. Onu da deyim ki, son illər ingilis dilində tədrisin peşəkar səviyyədə təşkil edilməsi də ölkəyə olan marağı artırıb. Ölkəyə gələn əcnəbi tələbələrin sayının artması gələcəkdə ali təhsil müəssisələrinin dünyada reytinqini yaxşılaşdıra bilər”.

Sevinc

0