Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları artıb.
Belə ki, Azərbaycanda dəmir yolu nəqliyyatı ilə ilin ilk üç ayında 1881,3 min sərnişin daşınıb. Bu isə ötən ilin ilin eyni dövrü ilə müqayisədə 24,6 faiz artım deməkdir.
Maraqlıdır, insanların dəmir yollarından istifadəsinin artmasına təsir edən amillər nələr olub?
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Hit.az-a açıqlamasında bildirib ki, post-pandemiya dönəmindən sonra sərnişin daşımaya tələb artıb:
"İnsanlar ictimai nəqliyyata daha çox meyl etməyə başlayıblar. Xüsusən də dəmir yolu həm digər ictimai nəqliyyat növlərinə nisbətən daha uyğun qrafiklə çalışır, həm də daha rahatdır. Bundan başqa, vağzalların şəhərətrafı və Bakıdan regionlar istiqamətində yerləşmə mövqeyi də rahatdır.
Üstəlik, qatarla səyahət komfortlu olduğu üçün insanların dəmir yollarına meyilləri artır. Düşünürəm ki, yeni alınmış qatarların sayı artırıldıqca sözügedən statistika da artacaq".
Pərviz