Bina evlərinin isidilməsində yenilik - VİDEO

İQTİSADİYYAT
10:24 / 18.06.2024
449

Azərbaycanda binaların elektrik enerjisi səmərəliliyinin artırılması üçün bir sıra texniki normativ sənədlər hazırlanır.

HİT.az Xezerxeber.az-a istinadən xəbər verir ki, binalarla bağlı pasportlaşdırma, eyni zamanda enerji resurslarından səmərəli istifadəyə dair yeni planlar həyata keçiriləcək.

Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənovun sözlərinə görə, enerji auditinin aparılması, enerji effektivliyi fondunun yaradılması, eləcə də İSO-51 standartının tətbiqi nəzərdə tutulur.

Nazirlik rəsmisi qeyd edib ki, enerji səmərəliliyinin artması ilə enerji resurslarına qənaət ediləcək.

Ətraflı süjetdə:

 

0