Taksilər niyə bahalaşıb? - Rəsmi münasibət

İQTİSADİYYAT
11:39 / 18.06.2024
460

İki həftədən sonra tələblərə cavab verməyən avtomobillərlə taksi fəaliyyəti qadağan olunacaq. Sürücülər bildiriblər ki, yeni tələblər onların işini çətinləşdirir.

Bəzi sürücülər verilən müddət ərzində köhnə avtomobilləri yenisi ilə əvəz etməyin çətin olduğunu qeyd ediblər. Buna görə də, onlar problemləri aradan qaldırmaq üçün vaxtın uzadılmasını istəyirlər.

Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, indiyə kimi dörd mindən çox taksi fəaliyyəti üçün icazə verilib. O, bu sahədə son vaxtlar müşahidə edilən qiymət artımına da münasibət bildirib.//Xəzər TV

0