Hit.az “Hüququmuzu bilək” rubrikasında daha bir suala cavab verir.
Evinizi banka girov qoyub kredit götürmüsünüz və krediti ödəyə bilmədiyinizə görə bank sizi məhkəməyə verib. Bu halda nə edə bilərsiniz?
Hit.az-a mövzu ilə bağlı danışan hüquqşünas Elvin Babayev bildirib ki, bu proses məhkəmədə 1-2 il qədər vaxt aparır:
“Həmin müddətdə bankın sizin evinizlə bağlı sərəncam verməsi mümkün deyil. Çünki ev hələ sizin mülkiyyətiniz hesab olunur. Adətən bank əməkdaşları borc sahibinə zəng edərək psixoloji təzyiq göstərirlər. Yaxşı vəkil tutsanız, o banka olan borclarınızı daha yüngül faizlə, daha az aylıq ödənişlərə bölməyə kömək edəcək".
Murad