Azərbaycanlı turistlər payızda hansı ölkələrə gedirlər?

İQTİSADİYYAT
14:43 / 09.10.2024
100

"Bu gün Azərbaycan hüdudlarından kənara satılan tur paketlərində Türkiyə üstünlük təşkil edir".

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.

O, son zamanlarda vətəndaşlarımızın ən çox üz tutduğu xarici şəhərlərdən birinin də Dubay olduğunu bildirib:

"Xüsusilə də payız-qış mövsümündə Dubaya daha çox bilet satılır. Bu, iqlimlə əlaqəlidir. Türkiyəyə isə bütün fəsillərdə biletlər satılır. Həmçinin, yay və payız aylarında Rusiyanın ölkəmizə yaxın olan ərazilərinə tur paketlərinin satıldığını qeyd etmək olar. Bunlar daha çox müalicəvi sanatoriyaların fəaliyyət göstərdiyi yerlər olur". 

359807

Ekspert vətəndaşlarımızın üz tutduğu digər ölkələrdən də danışıb:

"Ölkəmizdən qonşu Gürcüstana da üz tutanların sayı az deyil. Avropa istiqamətində turların satışı isə əvvəlki illərə nisbətən bir qədər azalıb. Bu da viza ilə bağlı çətinliklərlə əlaqəlidir.

Həmçinin, bölgələrimizə də kifayət qədər böyük turist axını var. Quru sərhədlərinin bağlı olması bəzi vətəndaşların bölgələrə səyahət etməsinə səbəb olur". 

Rəhman Quliyev payızda Asiya ölkələrinin maraq cəlb etdiyini diqqətə çatdırıb:

"Payız aylarında Asiya ölkələrinə də maraq olur. Azərbaycandan Maldiv adaları, Tailand, Şri-Lanka və Orta Asiya ölkələrinə gedən turistlər olur".

Pərviz

0