Ginnessin Rekordlar Kitabının məlumatına görə, 69 yaşlı kanadalı Mark Herbste velosipedlə dünya səyahətini başa vuran ən yaşlı kişi olub.
HİT.az xəbər verir ki, o, 8 yanvar 2025-ci ildə Banqkokdan yola çıxıb və 324 gün sonra — 27 noyabrda yenidən həmin şəhərə qayıdıb. Bu müddət ərzində Herbste 30 min kilometrdən çox məsafə qət edib və 25 ölkədən keçib.
Əvvəlki rekord 66 yaşında analoji səyahəti başa vuran yeni zelandiyalı Kristofer Bennetə məxsus olub. Markın əsas motivasiyası 2021-ci ildə vəfat edən həyat yoldaşı Cekinin xatirəsi olub. Cütlük 25 il birlikdə yaşayıb.
Səyahət zamanı Mark həyat yoldaşı ilə birlikdə getməyi arzuladıqları yerlərdə onun külünü səpib. Eyni zamanda o, Kanadadakı “Princess Margaret Cancer Foundation” xeyriyyə fondu üçün vəsait toplayıb və səyahətin yekununda təşkilata 67 min dollar bağışlayıb.
Onun sözlərinə görə, bu səyahət insanlara, xüsusilə yaşlılara, yaşın yeni məqsədlərə çatmaq üçün mütləq maneə olmadığını xatırlatmalıdır.
Samir

