"Azərmaş Park"a protokol yazıldı

İQTİSADİYYAT
16:50 / 06.02.2025
52

"Azərmaş Park" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu yazılıb.

Hit.az xəbər verir ki, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə 20.02.2025-ci il tarixində baxılacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən tərtib edilmiş protokola əsasən vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Ramiz

0