Nazirə müşavir təyin edildi

İQTİSADİYYAT
15:53 / 12.02.2025
105

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub.

APA-nın əldə etdiyi məlumata görə, Quliyev Orxan Madar oğlu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin edilib.

O, Berlin Texniki Universitetində Sənaye mühəndisliyi - proseslərin və istehsalatın avtomatlaşdırılması üzrə bakalavr və magistr təhsili alıb.

SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində işə başlayan Orxan Quliyev bu təyinata qədər “SOCAR Caspian İnnovation Center” MMC-də baş əməliyyatlar direktoru vəzifəsində çalışıb. Bakı Ali Neft Məktəbinin müəllimidir.

Qeyd edək ki, O.Quliyev Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.

0