Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
HİT.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,43 ABŞ dolları və ya 5,55% artaraq 122,32 ABŞ dolları olub.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 122,94 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,33 ABŞ dolları və ya 5,62 % artaraq 119,02 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
