Dörd bürcün maliyyə vəziyyəti yaxşılaşa bilər

MARAQLI
18:20 / 15.10.2026
59

2026-cı ilin oktyabrında dörd bürcün nümayəndələri maliyyə çətinliklərini geridə qoyaraq gəlirlərini artırmaq şansı əldə edə bilərlər. Onlar üçün əlavə qazanc mənbələri tapmaq, əvvəlki iş əlaqələrini bərpa etmək və zəhmətlərinin qarşılığını almaq imkanları yarana bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə “YourTango” nəşri astroloq Şeyin proqnozuna istinadən yazıb. Onun sözlərinə görə, Veneranın retrograd dövrü insanları maliyyə imkanlarını yenidən nəzərdən keçirməyə, köhnə ideyalara qayıtmağa və yeni təklifləri dəyərləndirməyə sövq edə bilər.

Tərəzi

Tərəzilərə vaxtilə istifadə etmədikləri imkanları yenidən nəzərdən keçirmək tövsiyə olunur. Keçmiş müştərilər, əvvəlki qazanc ideyaları və yeni əməkdaşlıq təklifləri onların gəlirlərini artırmaq üçün fürsət yarada bilər. Astroloq bu bürcün nümayəndələrinə xidmətlərinin qiymətini yenidən müəyyənləşdirməyi və yarımçıq qalan layihələri tamamlamağı məsləhət görür.

Dolça

Dolçaların uzun müddətdir göstərdikləri səylər nəhayət nəticə verə bilər. Ətrafdakı insanların onların peşəkar bacarıqlarını qiymətləndirməsi yeni layihələrdə iştirak, vəzifə yüksəlişi və ya sərfəli əməkdaşlıq təklifi ilə nəticələnə bilər. Bununla belə, hər hansı təklifi qəbul etməzdən əvvəl öhdəlikləri, inkişaf perspektivlərini və ödəniləcək məbləği dəqiqləşdirmək vacibdir.

Əkizlər

Əkizlərin keçmiş iş yoldaşları və əvvəlki əməkdaşları yenidən gündəmə gələ bilər. Köhnə əlaqələrin bərpası yarımçıq qalmış məsələləri həll etməyə və yeni qazanc imkanları üçün zəmin yaratmağa kömək edə bilər. Astroloqun fikrincə, keçmişlə bağlı bəzi məsələləri yekunlaşdırmaq bu bürcün nümayəndələrinə daha iddialı hədəflərə yönəlmək imkanı verəcək.

Qoç

Qoçlar üçün də maliyyə çətinliklərindən çıxış yolu yeni tanışlıqlar və birgə layihələr vasitəsilə açıla bilər. Gəlirləri artırmaq üçün təşəbbüs göstərmək və işgüzar əlaqələri genişləndirmək tövsiyə olunur. Bununla yanaşı, bütün təkliflərə eyni vaxtda razılıq vermək və həddindən artıq öhdəlik götürmək məsləhət görülmür. Əsas diqqət həqiqətən fayda gətirə biləcək əməkdaşlıqlara yönəldilməlidir.

Qeyd edək ki, astrologiya elmi cəhətdən təsdiqlənmiş sahə deyil. Bürclərlə bağlı proqnozlar əyləncə xarakteri daşıyır və maliyyə qərarları üçün etibarlı əsas hesab olunmamalıdır.

Samir
 

0