MTK-lar idarəetməni niyə təhvil vermirlər? - VİDEO

İQTİSADİYYAT
16:32 / 30.04.2026
44

Çoxmərtəbəli binalardan ev alan və uzun illər yaşayan əksər vətəndaşların üzləşdiyi əsas problemlərdən biri binanın idarə olunması ilə bağlıdır. Belə ki, əksər MTK-lar binanı tikib mənzilləri satsalar da, idarəetməni sakinlərə təhvil vermir və özləri idarə etməyə davam edirlər. Bu isə təbii olaraq sakinlərin narazılığına səbəb olur.

Bu barədə Baku TV-nin videomaterialında deyilir.

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev bildirir ki, mövcud qanunvericiliyə əsasən, çoxmənzilli binalar istismara verildikdən sonra həmin binalarda yaşayan mənzil mülkiyyətçiləri tərəfindən müştərək cəmiyyətlər yaradılmalı və idarəetmə məhz sakinlər tərəfindən həyata keçirilməlidir:

"Bu halda sakinlər ya idarəetməni özləri həyata keçirə, ya da istədikləri idarəedici şirkətə həvalə edə bilərlər".

Nərimanov rayonundakı komplekslərdən birində məhz bu idarəetmə forması tətbiq olunur və bina sakinlər tərəfindən idarə edilir. Sakinlərin sözlərinə görə, bu model bir çox binalarda arzulansa da, hər yerdə tətbiq olunmur.

0