Ədliyyə Nazirliyinə məxsus üç nəqliyyat vasitəsi hərraca çıxarılır.
Hit.az xəbər verir ki, satışa çıxarılan nəqliyyat vasitələri 2007–2009-cu il istehsalı olan avtobuslardır. Hərraca çıxarılan texnikalar arasında “PAZ 32054” və “QAZ 2705-18” markalı xüsusi təyinatlı nəqliyyat vasitələri yer alır.
Satış siyahısına əsasən, aşağıdakı nəqliyyat vasitələri hərraca təqdim olunacaq:
2009-cu il istehsalı “PAZ 32054” markalı avtobus
2009-cu il istehsalı “PAZ 32054” markalı avtobus
2007-ci il istehsalı “QAZ 2705-18” xüsusi təyinatlı nəqliyyat vasitəsi
Məlumata əsasən, nəqliyyat vasitələrinin ilkin satış qiymətləri müvafiq olaraq 6375 manat, 6750 manat və 3900 manat təşkil edir.
Abbas


