İcra hakimiyyətinin həyətində 111 min manatlıq abadlıq

İQTİSADİYYAT
21:35 / 12.06.2026
45

Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq işlərinin görülməsi məqsədilə tender elan olunub.

Hit.az xəbər verir ki, abadlıq işləri Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbədə yerləşən Rayon İcra Hakimiyyətinin inzibati binasının həyətində həyata keçiriləcək.

Satınalma müsabiqəsi iyulun 7-dək davam edəcək.

Layihə üzrə ehtimal olunan satınalma dəyəri 111 min 922 manat təşkil edir.

Abbas 
 

0