“TRT”nin yeni serialının baş rolu BƏLLİ OLDU

MƏDƏNİYYƏT
10:10 / 21.09.2026
195

Türkiyəli məşhur aktyor Onur Seyit Yaran ekranlara qayıtmağa hazırlaşır.

Hit.az xəbər verir ki, sənətçinin yeni layihəsi bəlli olub.

O, kod adı “Yörük Kızı” serialının baş rolunda çəkiləcək. Aktyor “Kaan” obrazına həyat verəcək. Lakin ekran işinin adı dəyişdirilə bilər. Onun layihədə tərəf müqabili isə Mina Demirtaş olacaq. Sözügedən serial “TRT1”də yayımlanacaq.

Qeyd edək ki, 31 yaşlı aktyor karyerası ərzində “Kalk Gidelim”, “Vuslat” və “Kardeşlerim” kimi seriallarda çəkilib.

Pərviz

0