Sumqayıt Şəhər İcra Hakimiyyəti tender müsabiqəsi elan edib.
Tender müsabiqəsi Sumqayıt şəhərində küçə və prospektlərdə asfalt örtüyünün əsaslı təmiri işlərinin satın alınması ilə bağlıdır.
Bildirilir ki, görüləcək işlər üçün 1 milyon 482 min 292 manat 40 qəpik vəsait ayrılıb.
Qeyd edək ki, təmir işləri şəhərin Sülh prospektində, Zəngəzur, Sahib Qarayev, Bədəlbəyli, Üzeyir Hacıbəyov küçələrində, həmçinin Corat bağları 4 nömrəli marşrutun və Xəzri 2 bağları 55 nömrəli marşrutun yolunda görüləcək.//Yeniavaz.com


