Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı – İtaliya ilk sıradadır

İQTİSADİYYAT
22:34 / 27.11.2026
56

Bu ilin ilk 10 ayı ərzində Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 43 milyard 188,7 milyon dollar təşkil edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 27 milyard 920,7 milyon dolları ixracın, 15 milyard 268 milyon dolları idxalın payına düşüb.

Ölkələr üzrə ticarət dövriyyəsinə baxdıqda, İtaliya 11 milyard 590,5 milyon dollarla birinci yerdədir. Türkiyə 4 milyard 857,9 milyon dollarla ikinci, Çin isə 3 milyard 872 milyon dollarla üçüncü olub. Böyük Britaniya və Rusiya da Azərbaycanın əsas ticarət tərəfdaşları olub.

İxrac göstəricilərində də İtaliya liderdir. Bu ölkəyə 11 milyard 158,8 milyon dollar dəyərində məhsul göndərilib. Böyük Britaniyaya ixrac 3 milyard 479,8 milyon dollar, Türkiyəyə 2 milyard 896,2 milyon dollar, Rusiyaya isə 1 milyard 19,5 milyon dollar təşkil edib.

İdxalda vəziyyət fərqlidir. Azərbaycan ən çox məhsulu Çindən əldə edilib. Çindən 3 milyard 782,4 milyon dollar dəyərində məhsul idxal edilib. İkinci sırada olan Rusiyadan 1 milyard 988 milyon dollar, üçüncü sırada olan Türkiyədən isə 1 milyard 962 milyon dollar dəyərində məhsul gətirilib.

 

0