Bu il əti xaricdən 4, kərə yağını 10,2, düyünü isə 1,6 manata almışıq - SİYAHI

İQTİSADİYYAT
18:40 / 27.11.2026
34

Bu ilin ilk 10 ayında Azərbaycana xarici ölkələrdən 2 milyard 328 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu məbləğ ölkənin ümumi idxalının təxminən 15,2 faizini təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 10 ayında dəyər ifadəsində ən çox bitki və heyvan mənşəli piylər və yağlar, miqdar ifadəsində isə ən çox buğda idxal olunub.

Belə ki, hesabat dövründə Azərbaycana xarici ölkələrdən 256,5 milyon dollar dəyərində 160,5 min ton bitki və heyvan mənşəli piylər və yağlar, 253,3 milyon dollar dəyərində isə 1 milyon 203,5 min ton buğda gətirilib.

İdxal olunan meyvə-tərəvəzin 1 kiloqramının gömrük dəyəri 1,60 manat, ətin 1 kiloqramının dəyəri 4,03 manat, süd və qaymağın 1 kiloqramının dəyəri 3,09 manat olub.

Digər ərzaq məhsullarının 1 kiloqramının idxal dəyəri isə belə olub:

Kərə yağının və süddən hazırlanmış digər yağların – 10,24 manat;

Çayın – 10,06 manat;

Düyünün – 1,62 manat;

Qarğıdalının – 79 qəpik;

Buğdanın – 36 qəpik;

Bitki və heyvan mənşəli piylər və yağların – 2,72 manat.

 

0