Azərbaycanda iki bankın birləşməsi ilə bankların sayının 20-yə enəcəyi gözlənilir.
Bu proses bank sektorunda rəqabət və konsolidasiya məsələlərini gündəmə gətirir. Bəs ölkənin iqtisadi reallıqları fonunda optimal bank sayı nə qədər olmalıdır və birləşmələr sektorun dayanıqlığını gücləndirə bilərmi?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, bank sektorunda maliyyə institutlarının sayının hansı həddə olması ilə bağlı vahid yanaşma mövcud deyil:

“Bazarda aparıcı mövqeyə sahib iri bankların üstünlüyü kiçik və orta maliyyə qurumlarının böyüməsini və bazarda möhkəmlənməsini çətinləşdirir”.
Ekspert hesab edir ki, bankların birləşməsi isə fərqli model üzrə də həyata keçirilə bilər:
“Bir neçə maliyyə qurumunun bərabər tərəfdaşlıq əsasında vahid bank yaratması sektorun inkişafına təkan verə bilər. “Bank of Baku”, “Unibank” və “Kapital Bank”ın formalaşma tarixində də birləşmə və yenidən təşkil prosesləri ilə bağlı nümunələr mövcuddur. Bu baxımdan, bankların konsolidasiyası özlüyündə mənfi tendensiya deyil. Əsas fərq birləşmənin hansı şərtlərlə və hansı məqsədlə aparılmasındadır”.
Sevinc


