Azərbaycanda beş dövlət şirkəti ləğv olunur.
HİT.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Belə ki, "Sabirabad 8 nömrəli İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş Dəstə" MMC, "Tərtər Barama Müəssisəsi" MMC, "Daşkəsən Tikinti Müəssisəsi" MMC, "İsmayıllı Avtovağzalı" MMC, "Ucar 3 nömrəli Təmir Quraşdırma" MMC-lər ləğv olunduqlarını elan ediblər.
Kreditorlar iki ay ərzində tələblərini AZ1029 Bakı şəhəri, Nizami rayonu, H.Əliyev pr., ev 139 ünvanına bildirə bilərlər.


