Paytaxtın Nərimanov rayonunda yerləşən Təbriz küçəsinin A.Nemətulla küçəsi ilə kəsişməsindən Ə.Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsində abadlıq-yenidənqurma işləri davam etdirilir.
Bu barədə İqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat əldə edib.
Belə ki, qurum abadlıq-yenidənqurma işlərini “Qrand Dizayn Konstrakşn” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Sözügedən yenidənqurma işlərinə 22 966 964 manat vəsait sərf olunacaq.


