Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının binası və yardımçı korpusları əsaslı təmir olunacaq.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, "İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi tərəfindən keçirilən tenderin ehtimal olunan qiyməti 10 milyon 689 min manat təşkil edir.
Satınalma çərçivəsində asfalt-beton örtüyün sökülməsi, döşəmə örtüklərinin dəyişdirilməsi, bordür daşlarının sökülməsi, kərpic divarların sökülməsi, inşaat tullantılarının yüklənməsi və daşınması, həmçinin digər əsaslı təmir və yenidənqurma işlərinin görülməsi nəzərdə tutulub.
Bundan əlavə, xəstəxananın həyətində abadlıq-quruculuq işlərinin aparılması da planlaşdırılır.


