2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına qadağa

İQTİSADİYYAT
19:38 / 24.09.2026
39

Külli miqdarda vergi borcu olan iş adamının Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.

HİT.az Modern.az-a istinadla xəbər verir ki, Ağcabədi rayon sakininə məxsus şirkətin dövlət büdcəsi və fondlara ümumilikdə 1 milyon 881 min 931 manat vergi borcu yaranıb. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən borcların ödənilməsi ilə əlaqədar MMC-yə dəfələrlə bildirişlər göndərilsə də, ödənişlər yerinə yetirilməyib.

Nəticədə həmin idarə son olaraq, MMC-nin 41 yaşlı rəhbəri qarşısında məhkəmədə iddia qaldırıb. İddiada həmin borclar ödənilənədək şirkət rəhbərinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması xahiş olunub.

Şirvan Kommersiya Məhkəməsi iddianı təmin edərək, 41 yaşlı biznesmenin Azərbaycandan çıxışına qadağa qoyub.

0