Dövlət Məşğulluq Agentliyinin (DMA) Dağlıq Şirvan Regional Məşğulluq filialının şöbə müdiri vəzifəsindən azad olunub.
HİT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Agentlik sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Kamal Mirzəyev filialın Sənədlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Hələlik həmin vəzifəyə təyinatla bağlı məlumat yoxdur.


