“Bakı Metropoliteni” QSC-də Baş maliyyə direktorunun müavini vəzifəsinə təyinat olub.
HİT.az Valyuta.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Toğrul İslam gətirilib.
O, bu təyinata qədər, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) Baş mühasib/Mühasibatlıq və maliyyə nəzarəti şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Daha əvvəl isə “PAŞA Həyat Sığorta” ASC-də Baş mühasib/Mühasibatlıq şöbəsinin rəhbəri vəzifəsində işləyib.
T.İslam Azərbaycan Universitetində maliyyə sahəsi üzrə Biznesin təşkili və idarə edilməsi (BBA proqramı), Corcia Dövlət Universitetinin Biznes Kollecində maliyyə ixtisası üzrə bakalavr, ADA Universitetində isə maliyyə sahəsi üzrə Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə (MBA proqramı) magistr təhsili alıb.
İngilis, rus və türk dillərini bilir.
Xatırladaq ki, T.İslam, 3-cü “Yüksəliş” müsabiqəsinin qalibidir.


