Hasil Abbasov yeni şöbə müdiri təyin etdi

İQTİSADİYYAT
14:49 / 06.10.2026
101

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində yeni kadr təyinatı olub.

HİT.az ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrlə, Aynur Əliyeva qurumun mühasibat uçotu, təhlil və hesabatlıq şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Qeyd edək ki, həmin vəzifə vakant idi.

0