AzTV 1 milyon manatlıq nə alır?

İQTİSADİYYAT
20:17 / 06.10.2026
65

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən televiziya avadanlıqları və onların ehtiyat hissələrinin satın alınması ilə bağlı tender elan edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 1 milyon 188 min manat təşkil edir.

Satınalma çərçivəsində portativ peşəkar çoxkanallı "audio rekorder", çəkilişlər üçün "full-frame" kino/foto kamera dəsti, fotokamera üçün üçoxlu stabilizator dəsti, kameraüstü iki rəngli LED işıq, kompakt avtonom kamera "creator" dəsti, həmçinin çəkiliş üçün portativ simsiz mikrofon sistemi və kamera çəkiliş dəstlərinin alınması nəzərdə tutulub.

0