Biznesinin İnkişafı Fonduna yeni mətbuat katibi təyin olundu

İQTİSADİYYAT
17:49 / 07.10.2026
60

Azərbaycan Biznesinin İnkişafı Fonduna (ABİF) yeni mətbuat katibi təyin olunub.

İqtisadiyyat.az xəbər verir ki, Zaur Rzayev ABİF-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Z.Rzayev bundan əvvəl 26 ildən artıq bir müddətdə Dünya Bankında çalışıb və bunun son 8 ilində Xarici əlaqələr mütəxəssisi vəzifəsini icra edib.

O, Azərbaycanda Dünya Bankı üçün strateji kommunikasiya və xarici əlaqələr fəaliyyətinə rəhbərlik edib. Siyasi-iqtisadi təhlillər aparmaqla, təşkilatın prioritetlərinə uyğun kommunikasiya strategiyaları hazırlayıb. Mətbuat materialları hazırlamaq və yerli, eləcə də beynəlxalq media qurumları ilə əlaqələri gücləndirmək yolu ilə media ilə münasibətləri idarə edib.


 

0